“Qarabağ” 4 futbolçusuna müqavilə təklif etmir- Kimlər gedir?

“Qarabağ” 4 futbolçusuna müqavilə təklif etmir- Kimlər gedir?

Ardıcıl 4-cü çempionluğunu, 3-cü “qızıl dubl”unu rəsmiləşdirən “Qarabağ” Çempionlar Liqası ərəfəsində transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, bir neçə əcnəbi və yerli futbolçularla danışıqlar aparan Ağdam təmsilçisinin heyətində dəyişikliklər olacaq. 

“İnter”dən Abbas Hüseynovu transfer edən, Qara Qarayev, Əfran İsmayılov kimi önəmli oyunçulara yeni müqavilələr imzalatdıran bölgə təmsilçisi Elvin Yunuszadə, İlqar Qurbanov, Muarem Muarem və Ansi Aqolliyə yeni sözləşmə təklif etməyib.

Yunuszadənin “Neftçi”yə dönmək ehtimalı olduqca böyükdüsə, Ansinin qara-göy formanı daha bir mövsüm geyinmək şansı 80 faizdi. İlqarla Muaremin məsələsi isə açıq qalır.

 

Qeyd edək ki, çempion serb qolkiper Boyan Şaranov və Vüqar Nadirovla rəsmən vidalaşıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər