“Qarabağ” 2064 gündən sonra...

“Qarabağ” 2064 gündən sonra...
Topaz Premyer Liqasının XXVII turu son 5 mövsümün çempionu "Qarabağ”ın böyükhesablı məğlubiyyəti ilə yadda qalıb. 
Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə acınacaqlı məğlubiyyət alıb.
Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/13 mövsümünə təsadüf edib. "Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib.
Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər