"Qarabağ" 2 pillə irəlilədi

"Qarabağ" 2 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fanat.Az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.

Aktivində 129 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək 106-cı yerə yüksəliblər. Niderlandın "Vitess", Argentinanın "Veles Sarsfild" və Ekvadorun "LDU Kito" klubları da eyni xala malikdir.

"Ağ-qaralar" isə 81,5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib. Tunisin "Sfaksyen", Fil Dişi Sahilinin "ASES Mimozas" və ABŞ-ın "Filadelfiya Yunion" komandalarının da eyni xalı var.

Siyahıya 312 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (288) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.

Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər