“Qarabağ” 1 milyon avroluq futbolçunu geri qaytardı - SƏBƏB

“Qarabağ” 1 milyon avroluq futbolçunu geri qaytardı - SƏBƏB
Bu gün "Qarabağ"da şok gəlişmə yaşanıb.
Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu "Vitoriya"nın hücumçusu Abdul-Aziz Yakubunun transferindən vaz keçib.
Əslində, hər şey son dəqiqəyə kimi yaxşı gedirdi.
"Köhlən atlılar" keçid mövzusunda Portuqaliya təmsilçisi ilə anlaşmış, 4 illik müqavilə qarşılığında onlara nə qədər təzminat ödəyəcəyini müəyyənləşdirmişdi.
Qanalı forvard bu məqsədlə bir neçə gün öncə komandanın Avstriyada yerləşən düşərgəsinə dəvət edilmiş, məşqlərə də qatılmışdı. 23 yaşlı afrikalının dünən Tula "Arsenal"ı ilə keçirilən yoxlama görüşündə iştirakı da nəzərdə tutulmuşdu. Lakin…
Yakubunun tibbi müayinəsi bütün planları pozub. Həkim kontrolundan keçən hücumçunun sağlıq durumu məşqçilər korpusunu məyus edib. Belə ki, onun səhhətində ciddi problemlər aşkarlanıb.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər