"Mövsümün İbrahim Şehiçin "Qalatasaray"a keçməsi üçün çox çalışdıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Bosniya və Hersoqovina millisinin üzvü İbrahim Şehiçin meneceri Fatih İlek deyib.
2017/18 mövsümünün sonunda "Qarabağ"dan ayrılan qolkiper Super Liqanın debütantı "Ərzurumspor"la müqavilə imzaladı. Menecer bildirib ki, həmin vaxt Şehiçi "Qalatasaray"la yanaşı, "Fənərbaxça" və "Trabzonspor" da transfer etmək istəyib.
O, "Qalatasaray"ın hazırda qapıçı maraqlanması barədə xəbərləri şərh edib və bildirib ki, müştərisinin "Ərzurumspor"la 1 illik müqaviləsi var: "Qalatasaray"ın Şehiçi istəməyi qürurvericidi, amma o, "Ərzurumspor"un oyunçusudu və qərarı klub verəcək. Klublar arasında şərtlər uyğun olarsa və bizdən köməklik istəsələr, transfer üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, bu müddətdə 166 rəsmi oyun keçirib.
Fanat.Az