"Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər

"Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər
Fernando Musleranın uzun müddətə sıradan çıxmasından sonra qapıçı axtarışına çıxan "Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, hazırda "Erzurumspor"da çıxış edən İbrahim Şehiç İstanbul klubunun qapıçı namizədləri sırasındadı. Onunla yanaşı Türkiyə Super Liqasında forma geyinən qapıçılardan Fabien Farnole ("Yeni Malatyaspor") və Silviu Lunq ("Kayserispor") "Qalatasaray"ın maraq dairəsində olan qolkiperlərdəndi.
"Qalatasaray"ın eyni zamanda Daniel Subaşiç ("Monako"), Klaudio Bravo ("Mançester Siti"), Antonio Adan ("Atletiko") və Co Hartla ("Bernli")  maraqlandığı iddia olunub.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, bu müddətdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 3 dəfə ölkə kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər