Püşk atıldı: "Qarabağ"ın potensial rəqibi bilindi

Püşk atıldı: "Qarabağ"ın potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatmada  Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi  III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Macarıstan çempionlarının duelində qalib gələn komanda ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü sabah Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər