Prosineçki “Qarabağ”ın qapıçısını yığmaya çağırdı

Prosineçki “Qarabağ”ın qapıçısını yığmaya çağırdı
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. 
Fanat.Az Ağdam klubunun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper yığma komandasının martın 20-də Bolqarıstanda başlayacaq təlim-məşq toplanışına qoşulacaq. 
Bosniya və Herseqovina martın 23-də səfərdə Bolqarıstan, 4 gün sonra isə Fransada Seneqalla yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasını Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər