"Çelsi" və "Mançester Yunayted" "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb. Mənbənin məlumatına görə, İngiltərə klubları 21 yaşlı rusiyalı futbolçunun çıxışını izləmək üçün "Qalatasaray"ın Çempionlar Liqasında "Barselona" ilə keçirəcəyi oyuna skaut göndərəcək. "Çelsi" və "Mançester Yunayted"in Batrakova marağının əvvəldən olduğu, lakin futbolçunun Rusiyanın "Lokomotiv Moskva" klubunda çıxış etdiyi dövrdə transfer məhdudiyyətləri səbəbindən onu heyətlərinə qata bilmədikləri bildirilir. Batrakov yay transfer pəncərəsində 25 milyon avro qarşılığında "Qalatasaray"a keçib. O, İstanbul klubunun heyətində bütün turnirlərdə 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə klublarının futbolçunun "Barselona" ilə qarşılaşmadakı çıxışını yaxından izləmək istədiyi qeyd olunur. Əlisahib İbrahimli
Premyer Liqanın top klubları "Qalatasaray"ın ulduzunu istəyir
TREND
Tv Afişa
09:44
01.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Dünya futbolu
00:47
02.11.2026
Arda oynadı, "Fənərbağça"nın hesabına milyonlar köçdü
Tv Afişa
10:17
07.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Media
10:44
07.11.2026
Kamal Umudlu və Əli Əliyev... BUNA ƏL DƏYMƏ...
Tv Afişa
10:17
07.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:00
07.11.2026
MPL: Autsayderlər Sumqayıtda qarşılaşır, "Zirə" "Qəbələ"ni sınağa çəkir
Azərbaycan futbolu
00:59
07.11.2026
Dambrauskas getsə, "Sabah"ın "sükanı arxası"na kim keçəcək? - 3 ünlü namizəd var