Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Fanat.Az xəbər verir ki, 2019-cu ilin və ikinci dövrənin son turunun oyunları iki günü əhatə edəcək.
İlk oyun günündə bir qarşılaşma keçirilib. Qış çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Keşlə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan dueldə Kamal Umudlu fit çalıb.
Birinci dövrədəki oyunda Ağdam klubuna 0:1 hesabıyla uduzan Tərlan Əhmədovun yetirmələri bu dəfə daha aqressiv və istəkli görünüb. Maraqlı alınan oyun 2:2 hesabıyla bitib.
Qeyd edək ki, XIV turun digər üç oyunu dekabrın 8-də olacaq. "Sabah" "Neftçi"ni, "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək.
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, XIV tur
6 dekabr
Qarabağ - Keşlə 2:2
Qollar: Dani Kintana, 4; Mahir Emreli, 45 - Hacıağa Hacılı, 40; Tural Bayramlı, 47
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 5. Franko Flores, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
14 |
9 |
4 |
1 |
24:7 |
31 |
|
|
2 |
Keşlə |
14 |
6 |
5 |
3 |
18:12 |
23 |
|
|
3 |
Neftçi |
13 |
6 |
4 |
3 |
20:11 |
22 |
|
|
4 |
Sumqayıt |
13 |
5 |
2 |
6 |
17:19 |
17 |
|
|
5 |
Zirə |
13 |
3 |
5 |
5 |
14:21 |
14 |
|
|
6 |
Sabah |
13 |
3 |
4 |
6 |
14:16 |
13 |
|
|
7 |
Qəbələ |
13 |
3 |
3 |
7 |
13:23 |
12 |
|
|
8 |
Səbail |
13 |
3 |
3 |
7 |
9:20 |
12 |
|
|
Bombardirlər |
Lorenzo Frutos (Keşlə) - 6. Mehdi Şərifi (Sumqayıt), Peyman Babayi (Sumqayıt), Stiven Monroz (Neftçi), Davit Volkov (Qəbələ) - 5. İsmayıl İbrahimli (Qarabağ), Maqaye Qeye (Qarabağ), Xulio Sezar Rodrigez (Zirə) - 4. |
|||||||
Fanat.Az