Portuqaliya nəhəngi baş məşqçisiz qaldı

Portuqaliya nəhəngi baş məşqçisiz qaldı

Vitor Brunu artıq “Portu”nun baş məşqçisi deyil. 

Fanat.Az xəbər verir ki, Portuqaliya nəhəngi 42 yaşlı mütəxəssislə yollarını ayırdığını rəsmi saytı vasitəsilə açıqlayıb. 

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq klubun gənclər komandasının inkişafı üzrə direktoru vəzifəsini icra edən Xose Tavares yerinə yetirəcək. 

Xatırladaq ki, Brunu yayda komandanın baş məşqçisi Serxiu Konseysaunu əvəzləmişdi. 

“Portu”nun aktivində 40 xalı var və hazırda Portuqaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər