Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də

Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də

Ərzurumda hazırlıq keçən “Kəpəz”in düşərgəsinə iki yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, onların hər ikisi legionerdi.

Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidi. Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beira-Mar” və “Arouca” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub (5 oyun). Başa çatan mövsümdə 32 rəsi oyuna çıxan futbolçu 8 qol vurub. "Transfermarkt" ona 500 min avro qiymət qoyub. 

Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdı. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Piriney ölkəsində klubu “Jil Visente” olub. Bu komandanın heyətində 26 oyuna çıxan futbolçu 3 qola imza atıb. "Transfermarkt"ın hesablamalarına görə onun 100 min avro qiyməti var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər