PFL "Qarabağ"ın müraciətinə görə təqvimi dəyişdi

PFL "Qarabağ"ın müraciətinə görə təqvimi dəyişdi
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən Ağdam təmsilçisi vaxt məhdudiyyəti səbəbindən "Qəbələ” ilə dekabrın 6-da saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin "Qarabağ” – "Qəbələ” (6 mart) oyununun "Qəbələ” – "Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.
"Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
6 dekabr
"Qarabağ” – "Qəbələ”
"Azersun Arena”, saat 14:00
6 mart
"Qəbələ” - "Qarabağ”
Qəbələ şəhər stadionu
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər