Pedro "Qarabağ"a qayıda bilər - ÖZÜ DEDİ

Pedro "Qarabağ"a qayıda bilər - ÖZÜ DEDİ
Hazırda "Kayserispor”da çıxış edən braziliyalı futbolçu Pedro Enrike "Qarabağ”a qayıtmağının mümkünlüyünü bildirib.
Fanat.Az xəbər verir ki, cənubi amerikalı bunu azerisport.com-a deyib:
"Mən həmişə "Qarabağ” üçün açığam, ora qayıtmağa hazıram. Mənim üçün də xeyli xoş olar ki, yenidən "Qarabağ”da oynayım. Qurban Qurbanovla və digər futbolçularla əla münasibətim var. Belə bir fürsətim olsa, onu mütləq dəyərləndirəcəm. Hər şey ola bilər”. 
"Roma” ilə Bakıdakı oyunda fərqlənən Pedro "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər