Pedro Enrike "Qarabağ"ın formasını hardan asıb? - FOTO

Pedro Enrike "Qarabağ"ın formasını hardan asıb? - FOTO

"Qarabağ”ı "Astana”ya dəyişən Pedro Enrike Azərbaycan təmsilçisinin formasına xüsusi yer ayırıb.

 

Fanat.Az xəbər verir ki, ağdamlıların sabiq vingeri kareyerası ərzində şərəfini qoruduğu klublarda geyindiyi futbolkaları evindəki guşədə saxlayır.

 

2017/18 mövsümündə "köhlən atlar”ın heyətində Çempionlar Liqasının qrupunda oynayan braziliyalı "Roma”nın qapısına Bakıda yol tapmışdı. Təmsilçimizin 1:2 hesabıyla yenildiyi matçda komandasının bu turnirdə vurduğu ilk topun müəllifi olan kürən "sambaçı” həmin formaya özəl sayğı ilə yanaşır.

 

Pedro Enrike "Qarabağ"ın formasını hardan asıb? - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər