Pavlidis "Fənərbağça" ilə bağlı son qərarını verdi

Pavlidis "Fənərbağça" ilə bağlı son qərarını verdi

Hazırda qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən və Vangelis Pavlidisi heyətinə qatmaq istəyən "Fənərbağça"nın "oxu daşa dəyib".

Fanat.Az xəbər verir ki, yunan hücumçu artıq Türkiyə variantı ilə mövqeyini açıqlayıb.

"Record"-un məlumatına görə, o, "Benfika"dan ayrılmağı yalnız Avropanın aparıcı liqalarından birindən təklif gəldiyi təqdirdə nəzərdən keçirəcəyini söyləyib.

Xəbərdə qeyd olunub ki, 27 yaşlı forvard üçün Türkiyə Superliqası prioritet deyil. O, karyerasını Avropanın daha yüksək səviyyəli liqasında davam etdirməyə üstünlük verdiyini və potensial transfer təkliflərini məhz bu amili nəzərə alaraq dəyərləndirəcəyini bildirib.

Ötən mövsüm "Benfika"nın heyətində ümumilikdə 53 oyun keçirən yunan hücumçu 30 qol vurub və 6 məhsuldar ötürmə ilə təsirli performans nümayiş etdirib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər