Patrik Andrade "Qarabağ"la vidalaşdı

Patrik Andrade "Qarabağ"la vidalaşdı

Patrik Andrade “Qarabağ”dan rəsmən ayrılıb.

Fanat.Az xəbər verir ki, Kabo-Verde millisinin yarımmüdafiəçisi bu barədə "Instagram" səhifəsində paylaşım edib.

Patrik Andrade "Qarabağ"la vidalaşdı 29 yaşlı futbolçu "Qarabağ"a təşəkkürünü çatdırıb: "Yaşadıqlarıma və xoşbəxt olmaq üçün əldə etdiyim imkanlara görə minnətdaram. Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, təkamül etdiyim və fəth etdiyim hər şeyə görə bütün komanda yoldaşlarıma, məşqçilərə, əməkdaşlara və klub azarkeşlərinə təşəkkürümü bildirirəm. Təşəkkürlər "Qarabağ" ailəsi, mən sizi dəstəkləməyə davam edirəm!"

Andradenin yeni klubu da məlumdur. O, Serbiyanın “Partizan” klubu ilə anlaşıb. Artıq məşhur "Transfermarkt" da Patriki Belqrad təmsilçisinin futbolçusu kimi göstərib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər