Paris-2024: Azərbaycan yığması qrupdakı son oyununda uduzdu

Paris-2024: Azərbaycan yığması qrupdakı son oyununda uduzdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı son matçına çıxıb.

Fanat.Az xəbər verir ki, yığma VII turda Kanada ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 19:21.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər