Paris-2024: ABŞ ardıcıl 5-ci dəfə çempion oldu

Paris-2024: ABŞ ardıcıl 5-ci dəfə çempion oldu

ABŞ-ın kişi basketbol komandası ardıcıl 5-ci dəfə Yay Olimpiya Oyunlarında çempionluq sevinci yaşayıb.

Fanat.Az xəbər verir ki, finalda amerikalı basketbolçular Fransa millisinə 98:87 (20:15, 29:26, 23:25, 26:21) hesabı ilə qalib gəliblər.

ABŞ komandasının bombardiri 24 xal toplayan Stiven Karri olub.

Tokioda keçirilən əvvəlki olimpiadada amerikalılar finalda məhv fransızları məğlub etmişdilər. Ümumilikdə isə ABŞ komandası 17 dəfə olimpiya qızılını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər