Paçunun yeni klubu bəlli oldu

Paçunun yeni klubu bəlli oldu

“Kəpəz” və “Turan Tovuz”un sabiq futbolçusu Luis Paçu karyerasını Boliviyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, hücumçu “The Strongest” klubuna keçib.

Klub Paçunun transferini rəsmən açıqlayıb.

30 yaşlı braziliyalı ilə imzalanan müqavilənin detalları hələlik məlum deyil.

Qeyd edək ki, Paçu 2023/2024-cü illərdə “Turan Tovuz”, 2024/2026-cı illərdə isə “Kəpəz”in şərəfini qoruyub. O, ötən mövsüm 27 matçda 5 qol vurub və 4 məhsuldar ötürməyə imza atıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər