Osimhen "Qalatasaray"ı ÇL-in qalibinə dəyişə bilər

Osimhen "Qalatasaray"ı ÇL-in qalibinə dəyişə bilər

PSJ "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhenlə yenidən maraqlanmağa başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.

Mənbənin məlumatına görə, Paris klubu ötən yay transferi həyata keçirə bilməməsinə baxmayaraq, 27 yaşlı mərkəz hücumçusundan imtina etməyib.

Fransa klubunun Osimhenlə bağlı atacağı hər hansı addım heyətdəki mövcud hücumçuların gələcək taleyindən asılı ola bilər. Hücum xəttində ayrılıq baş verəcəyi təqdirdə, PSJ nigeriyalı futbolçunu heyətinə qatmaq üçün yenidən cəhd göstərəcək.

Eyni zamanda, "Qalatasaray"ın öz ulduz hücumçusunu buraxmaqda maraqlı olmadığı və bu mərhələdə transferlə bağlı heç bir konkret irəliləyişin qeydə alınmadığı bildirilir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər