Orkun Kökçü "Olimpik Marsel"ə qarşı oynayacaq? - SON DURUM

Orkun Kökçü "Olimpik Marsel"ə qarşı oynayacaq? - SON DURUM

Orkun Kökçünün "Olimpik Marsel"ə qarşı oyunda "Beşiktaş"ın heyətində meydana çıxıb-çıxmayacağı hələlik dəqiq deyil.

Fanat.Az xəbər verir ki, informasiyanı "beinSPORTS" yayıb.

Məlumata görə, Orkunun ayaq barmağında çat var.

Bildirilir ki, Kökçü tibbi və texniki heyətə oynamaq üçün əlindən gələni edəcəyini bildirib və onun meydana çıxma ehtimalı kənarda qalma ehtimalından daha yüksək qiymətləndirilir.

25 yaşlı oyunçunun "Olimpik Marsel"ə qarşı oynayıb-oynamayacağı yekun tibbi müayinələrdən sonra dəqiqləşəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər