Oliver Kan Fransa klubunu alır - Danışıqlar başladı

Oliver Kan Fransa klubunu alır - Danışıqlar başladı

Əfsanəvi alman qapıçısı Oliver Kan Fransada klub almaq üçün danışıqlar aparır.

Fanat.Az xəbər verir ki, məlumatı "Sud-Ouest" yayıb. 

Xəbərə görə, o, "Bordo"nun sahibinə çevrilmək istəyir. "Olimpik Marsel"in keçmiş prezidenti Jak-Anri Ayraud məhz Kanın adından "Bordo" klubunun sahibi Jerar Lopeslə mümkün alqı-satqı ilə bağlı əlaqə saxlayıb və müzakirə aparıb.   "Bordo" 2024-cü ilin iyulunda maliyyə problemlərinə görə peşəkar statusunu itirib və Fransanın 4-cü divizionuna düşüb.

Xatırladaq ki, 55 yaşlı Kan 2023-cü ildə “Bayern Münhen”in baş direktoru postunu tərk edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər