Olimpiya çempionundan "Kəpəz"ə dəstək - FOTO

Olimpiya çempionundan "Kəpəz"ə dəstək - FOTO

Topaz Premyer Liqasının XXX turu çərçivəsində keçirilən “Kəpəz” - “İnter” matçını (1:1) olimpiya çempionu Toğrul Əsgərov da izləyib. 

Fanat.az xəbər verir ki, 4 illiyin ən böyük yarışının qalibi Gəncə klubunun azarkeşi kimi tanınır və mütamadi olaraq komandanın evdə və səfərdə keçirilən oyunlarında tribuna yer alır.

Əsgərovun oyuna baxmağa gəlməsi fanatların da diqqətini çəkib, azarkeşlər “Toğrul, Toğrul” deyə güləşçini salamlayıblar. Oyun boyu “sarı-göylər”ə dəstək verən pəhləvan görüşdən sonra azarkeşlər ilə şəkil çəkdirib. 

Olimpiya çempionundan "Kəpəz"ə dəstək - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər