"Olimpiakos" "Qarabağ"la oyundan öncə qələbə qazandı

"Olimpiakos" "Qarabağ"la oyundan öncə qələbə qazandı

Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Miçel Qonsalesin çalışdırdığı komanda 6-cı turda "Atromitos"u qəbul edib.

Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 45+2-ci və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.

Xallarının sayını 11-ə çatdıran "Olimpiakos" ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər