"Olimpiakos" "Qarabağ"la matçdan öncə qapıçı aldı

"Olimpiakos" "Qarabağ"la matçdan öncə qapıçı aldı

Yunanıstan "Olimpiakos"u "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununu ərəfəsində heyətinə yeni qapıçı qatıb. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pirey klubu PAOK-un sabiq qolkiperi Aleksandros Pasxalakisi transfer edib.

33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər