Oğlanlar da Ermənistana qalib gəldilər

Oğlanlar da Ermənistana qalib gəldilər

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda Azərbaycan millisi son qrup oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. 

Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib.

Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl qızlardan ibarət U-18 millimiz Ermənistana qalib gəlib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər