Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

"Qalatasaray" ötən gün yoldaşlıq oyununda Fransa təmsilçisi "Renn" ilə 3:3 hesablı heç-heçə edib. İstanbul nəhənginin baş məşqçisi Okan Buruk oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, "beİN Sport" təcrübəli mütəxəssisin transfer və komanda barədə fikirlərini belə çatdırıb:

 "Oyunçularımız hələ tam hazır deyillər, hazırda yüksək performans gözləmək real olmazdı. Bununla belə, ümumilikdə futbolçularımın əzmi, diqqəti və həvəsindən məmnunam. Bu, bizi uğurlu mövsümə aparacaq.

"Qalatasaray" yüksək keyfiyyətli heyətə malikdir. Belə komandaya yalnız yaxşı oyunçular əlavə etmək lazımdır. Məqsədimiz yenidən keyfiyyətli futbolçuları heyətə qatmaqdır. Əmin olun ki, ehtiyaclarımızı qarşılayacaq və boşluqları dolduracağıq. Heç kimin şübhəsi olmasın. Mövsümə güclü başlayacağıq. UEFA Çempionlar Liqasında yüksək səviyyəli oyunlar keçirəcəyik, azarkeşlərə bunu vəd edirəm. Həmişə olduğu kimi, yenə də özümüzü sübut edəcəyik. Güclü heyət quracağıq və uğurlu il keçirəcəyik. Heç bir narahatlığa və ya qeyri-müəyyənliyə ehtiyac yoxdur".

Türkiyəli çalışdırıcı "sarı-qırmızlar"la dörd il üs-üstə çempionluq yaşayıb. O beşinci çempionluğu hədəfləyir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər