NTD-dən daha iki transfer

NTD-dən daha iki transfer

NTD basketbol klubu növbəti transferlərini həyata keçirib.

Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Daniel Mudi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

ABŞ-dən olan 24 yaşlı oyunçu son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.

Klub Kolin Qolsonla da mövsümün sonuna kimi sözləşmə bağlayıb. 22 yaşlı forvardın son klubu “Wayne State University” olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər