Norveç baş məşqçisi "Qarabağ"ın yeni transferindən danışdı

Norveç baş məşqçisi "Qarabağ"ın yeni transferindən danışdı

Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin "Qarabağ"a keçidini dəyərləndirib. İsveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.

"Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, "Qarabağ"a faydalı olacaq" deyə Lagerbek vurğulayıb.

Qeyd edək ki, Tarik Elyunussini "Qarabağ" Yunanıstan "Olimpiakos"undan bir illik icarəyə götürüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər