Nigeriya millisinin üzvü rəsmən "Zirə"də - FOTO

Nigeriya millisinin üzvü rəsmən "Zirə"də - FOTO
Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün bakılıların sırasına daha bir futbolçu qoşulub.
 
Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.
 
Qeyd edək ki, Akim Latifu karyerasına vətənində başlayıb. O, 2007-2010-cu illərdə Nigeriyanın "Bussdor", "Okean Boys" və "Akva Yunayted" klublarında çıxış edib. 2010-cu ildə Avropaya gələn futbolçu 2015-ədək Norveçin "Stromsqodset", "Hodd" və "Aalesund" klublarında top qovub. 2016-cı ildə Ukraynanın "Stal" klubunda forma geyinən 27 yaşlı müdafiəi cari mövsümün əvvəlində "Antalyaspor"a transfer olunsa da, Super Liqa klubunda debüt etməyib. 
2007-ci ildə Nigeriyanın U-20 yığmasına çağrılan Latifu 2015-ci ildən əsas milliyə dəvət alıb. O, A milli komandanın heyətində 6 oyuna çıxıb.
Nigeriya millisinin üzvü rəsmən "Zirə"də - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər