Neymar "Santos"dan ayrılmağa qərar verdi - Yeni klubu da məlumdur

Neymar "Santos"dan ayrılmağa qərar verdi - Yeni klubu da məlumdur

Braziliyalı ulduz hücumçu Neymar "Santos"dan ayrılmaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı "LIBERTA DEPRE" yayıb. 

Mənbənin Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Felipe Meloya istinadən verdiyi məlumata görə, "İnter Mayami" Neymarı transfer etməkdə maraqlıdır. 34 yaşlı futbolçunun 2027-ci ilin yanvar ayında "İnter Mayami"də oynamağa başlaması ehtimalı realdır. 

Neymar 2026-cı ildə 19 oyuna çıxaraq 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" oyunçunun transfer dəyərini 8 milyon avro olaraq qiymətləndirir. Onun "Santos"la müqaviləsinin müddəti 31 dekabr 2026-cı ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər