Nəriman Axundzadə Super Liqada debüt etdi

Nəriman Axundzadə Super Liqada debüt etdi

Türkiyə Super Liqasında I turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə qardaş ölkədə ilk matçına çıxıb.

Onun bu yay transfer olunduğu "Ərzurumspor" "Amedspor"la qarşılaşıb. Görüş Diyarbəkir təmsilçisinin qələbəsi ilə nəticələnib (3:0). Azərbaycan millisinin üzvü Nəriman Axundzadə 75-ci dəqiqədə meydana çıxıb. O, meydanda olduğu dəqiqələrdə heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, Nəriman ABŞ-nin MLS təmsilçisi "Kolombus Kryu" komandasından "Ərzurumspor"a icarə əsasında keçib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər