Nəriman Axundzadə Osimhenlə üz-üzə gəlir

Nəriman Axundzadə Osimhenlə üz-üzə gəlir

Türkiyə Super Liqasının 2-ci turunda "Ərzurumspor" doğma meydanda "Qalatasaray" ilə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü, "Qarabağ"ın sabiq futbolçusu Nəriman Axundzadə "göy-ağlar"ın heyətində son çempiona qarşı oynayacaq.

Xatırladaq ki, Nəriman 1-ci turda "Amed"lə görüşün 76-cı dəqiqəsində oyuna daxil olmuş, lakin heç bir məhsuldarlıqla yadda qalmamışdı.

Komanda “sarı-qırmızılar” qarşı oynanılacaq matç öncəsi son məşqini ötürmə, qaçış və taktiki məşqlərlə yekunlaşdırıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər