NBA ulduzu dəhşətli hadisə ilə üzləşdi - Korta nə vaxt dönəcəyi bilinmir

NBA ulduzu dəhşətli hadisə ilə üzləşdi - Korta nə vaxt dönəcəyi bilinmir

NBA ulduzu dəhşətli hadisə ilə üzləşdi - Korta nə vaxt dönəcəyi bilinmir

Ötən mövsüm Milli Basketbol Assosiasiyasında ilk çempionluğunu qazanan "Denver Nuggets" klubunun oyunçusu Aaron Qordon ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Şəms Çarania sosial şəbəkə hesabında məlumat paylaşaraq yayıb.

Mənbənin məlumatına görə, 28 yaşlı basketbolçu it hücumunun qurbanı olub. İt onun üzünü və sağ əlini parçalayıb. Nəticədə Qordona 21 tikiş vurulub.

Klubdan xəbəri təsdiqləsələr də, basketbolçunun nə vaxt sıraya dönəcəyi barədə məlumat verilməyib: "Qordon yaxşıdır, lakin tam sağalana kimi komandadan uzaq qalacaq". 

Aaron Qordon son NBA çempionu üçün bu mövsüm 28 oyunda 13,6 xal, 6,9 ribaund və 3,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər