"Nant" - "Qarabağ" oyununa biletlər bu qiymətə satılır

"Nant" - "Qarabağ" oyununa biletlər bu qiymətə satılır

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Nant" - “Qarabağ” oyununun biletləri satışa çıxarıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.   Ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur. 

Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tərəflərin Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər