Namik Ələskərov "Kəpəz"in şərəfini qoruyacaq

Namik Ələskərov "Kəpəz"in şərəfini qoruyacaq

"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.

Namik Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.

2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər