Namibiya millisinin üzvü "Şamaxı"da -RƏSMİ

Namibiya millisinin üzvü "Şamaxı"da -RƏSMİ

Bir illik fasilədən sonra Misli Premyer Liqasına qayıdan "Şamaxı” yeni mövsümün çalışmalarını davam etdirir.

Fanat.Az "aslanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Lubeni Haukonqo klubun heyətinə cəl edilib.

Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər