MY-nin əfsanəsi "Midlsbro"nu Premyer Liqa klubuna dəyişir

MY-nin əfsanəsi "Midlsbro"nu Premyer Liqa klubuna dəyişir

"Mançester Yunayted"in keçmiş futbolçusu, hazırda "Midlsbro"nun baş məşqçisi olan Maykl Karrik iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, o, "Vest Hem"in "radarına düşüb". İnformasiyanı "Mirror" yayıb.

Mənbənin məlumatına görə, "çəkicdöyənlər" Xulen Lopeteqini qovmağa hazırlaşır və Karrikə onun əvəzləyicisi gözü ilə baxır. “Vest Hem”in “Vulverhempton”la qarşıdakı matçı Lopeteqinin sonuncu oyunu ola bilər. İspaniyalı uduzsa, çətin ki, işini saxlaya bilsin.

Maykl Kerrik 2022-ci ilin oktyabr ayından "Midlsbro"ya rəhbərlik edir. Sözügedən komanda hazırda Çempionşipdə beşinci yerdədir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər