MPL: "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşır

MPL: "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşır

Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürür. 

Fanat.Az xəbər verir ki, turun açılış oyunu Yevlaxda baş tutacaq.

"Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 15:30-da başlayacaq matç Nicat İsmayıllıya həvalə olunub.

Autsayder mövqeyində qərarlaşan Fizuli Məmmədovun komandası eyni arenadan yararlanan gəncəliləri yenə bilməsə, elitada qala bilməyəcəyi böyük ölçüdə dəqiqləşəcək. 

Tərəflər arasında ilk dövrədəki görüşdən "Karvan-Yevlax" 3:2, ikinci dövrədə isə "Kəpəz" 2:1 hesablı qələbə qazanıb. Başqa szölə, üçüncü duel birinin digəri üzərində üstünlük əldə etməsi üçün də fürsət ola bilər.

Qeyd edək ki, turun qalan oyunları 11-12 apreldə keçiriləcək.

Misli Premyer Liqa 27-ci tur 10 aprel

15:30. "Karvan-Yevlax" – "Kəpəz" Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. VAR: Emin Əliyev, Elçin Məsiyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Novruz Əzimov. Yevlax şəhər stadionu.

MPL: "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər