MPL: Açılış turunun oyun cədvəli bilindi

MPL: Açılış turunun oyun cədvəli bilindi

Misli Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionat yerdəyişmə ilə start götürəcək.

Belə ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz”in rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən komandalar arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.

Ənənəvi olaraq, 1-ci turun bütün oyunlarında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.

MPL 1-ci tur 14 avqust

19:30. “Turan Tovuz” – “Qəbələ” Tovuz şəhər stadionu.

15 avqust

18:30. “Araz-Naxçıvan” – “İmişli” Qəbələ şəhər stadionu.

20:45. “Sabah” – “Kəpəz” “Bank Respublika Arena”.

16 avqust

19:00. “Sumqayıt” – “Neftçi” “SOCAR Polymer Arena”.

21:00. “Zirə” – “Şəfa” Zirə İdman Kompleksinin stadionu.

17 avqust

19:30. “Qarabağ” – “Şamaxı” Tofiq Bəhramov adına Respublika stadionu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər