Bir vaxtlar “Mançester Yunayted”də birlikdə çalışan Joze Mourinyu və Henrix Mxitaryan arasında yaşanan gərginlik illər sonra üzə çıxıb.
Fanat.Az xəbər verir ki, "İnter"in futbolçusu Mxitaryan portuqaliyalı mütəxəssisin ona qarşı sərt və alçaldıcı davrandığını etiraf edib:
"Artıq səbrim qalmamışdı. Mourinyuya dedim: "İki ildir məni ələ salırsan, sən bərbad bir insansan!’ O isə mənə cavab verdi: "Səni bir daha görmək istəmirəm!"
Futbolçu açıqlamasında başqa detallara da toxunub:
"Məşqlərdə mənimlə danışmırdı, amma hər gecə mesaj yazıb "get, məndə Aleksis Sançesi gətirim" deyirdi. Hər dəfə "Miki, buradan get!" mesajı atırdı. Artıq vəziyyət dözülməz hala gəlmişdi".
Mxitaryan onu təhqir edən Mourinyoya cavab vermək üçün çox səbr etdiyini, amma bir gün yazışmalardan sonra hər şeyin dəyişdiyini vurğulayıb:
"Axırda dedim: "Səni razı salmaq üçün getmirəm. Xahiş edirəm, mənə yazmağı burax. İstəyirsənsə, Mino Rayola ilə danış".
Mourinyu hələ bu iddialara cavab verməyib.
Kamil Xudiyev