Morata İtaliyadan ayrılıb okeanın o tayında gedir

Morata İtaliyadan ayrılıb okeanın o tayında gedir

"Komo"nun təcrübəli ispan hücumçusu Alvaro Morata yay transfer pəncərəsi dövründə komandasını dəyişə və Şimali Amerika klublarından birinə keçə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı ispan futbolçu "Komo"nun baş məşqçisi Sesk Fabreqasın yeni mövsüm üçün planlarına daxil deyil. Ona görə də hücumçu fəal şəkildə yeni komanda axtarışındadır. 

Amerikanın "Atlanta Yunayted" klubu Morata ilə maraqlanır. Moratanın "Deportivo La Korunya"ya mümkün transferi də iddia olunur. 

Xatırladaq ki, Alvaro Morata ötən mövsüm İtaliya çempionatında "Komo"nun heyətində 26 oyun keçirib və bu matçlarda qol vurmayıb. O, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər