Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Belçikaya 0:3 hesablı məğlubiyyətdən sonra açıqlama verib. Fanat.Az xəbər verir ki, informasiyanı "beIN Sports" yayıb. Məlumata görə, İtaliyalı mütəxəssis bildirib ki, qarşılaşma statistik baxımdan balanslı keçib, lakin bu səviyyədə edilən səhvlər rəqib tərəfindən bağışlanmır. “Statistik baxımdan balanslı oyun oldu. Bu səviyyədə futbol oynayarkən səhv etmək olmaz. Xətaları rəqiblər bağışlamır. Futbolçularımız matçın əvvəlindən sonuna qədər böyük mübarizə apardılar. A Liqasında olmaq cəza deyil, üstünlükdür. Buna görə də özümüzü inkişaf etdirməyə və daha yaxşı olmağa çalışmalıyıq. Futbolçularımızı heç bir şəkildə günahlandırmıram”, - deyə Montella bildirib. Baş məşqçi azarkeşlərin istefa çağırışlarına da münasibət bildirib. O, hazırkı tənqidlərə çox fikir vermək istəmədiyini deyib. “Son üç ildə gözləntiləri çox yüksəltdik. Azarkeşlərin hazırda məmnun olmaması təbiidir. Onlar fikirlərini bizimlə bölüşə bilərlər. Mən çox motivasiyalıyam və əvvəlkindən daha çox çalışmağa hazıram. Hazırlığımızı ən yaxşı şəkildə aparacağıq və bütün diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”, - deyə Montella qeyd edib. O, komandanın sonadək mübarizə apardığını da vurğulayıb: “Çoxlu imkan yaratdıq və rəqiblə bərabər səviyyədə oynadıq. Belçikanın cərimə meydanında 40 dəfə topla görüşdük, onlar isə bizim cərimə meydanımızda 26 dəfə oldular. Futbolda siz qol vura bilməyəndə, rəqib isə vuranda nəticə istədiyiniz kimi olmur. Son qərarlarımızı daha dəqiq verə bilsəydik, hesab fərqli ola bilərdi”. Əlisahib İbrahimli
Montella istefa çağırışlarına cavab verdi
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:48
22.11.2026
“İmişli”nin baş məşqçisi təyin edildi
Azərbaycan futbolu
20:33
22.11.2026
"Özümüzü Avropa stadionunda hiss edirdik" - Qurban Qurbanov
Azərbaycan futbolu
20:11
22.11.2026
"Görüşün ədalətli nəticəsi heç-heçə idi" - Azər Məmmədov
Azərbaycan futbolu
18:57
22.11.2026
MPL: "Neftçi"dən inamlı qələbə, Gəncədə qol səsi çıxmadı