Mişi Batşuayi karyerasını burada davam etdirəcək

Mişi Batşuayi karyerasını burada davam etdirəcək

“Ayntraxt Frankfurt”un belçikalı hücumçusu karyerasını Pro Liqada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Abha" klubu Mişi Batşuayini heyətinə qatıb.

İnformasiyanı klubun mətbuat xidməti yayıb.

"Abha" forvardı azad agent kimi transfer edib.

32 yaşlı hücumçu Türkiyədə "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray" , İngiltərədə "Çelsi" və "Kristal Palas", Almaniyada Frankfurt təmsilçisi ilə yanaşı, "Borussiya Dortmund" klublarının da şərəfini qoruyub.

"Ayntraxt Frankfurt"da 2025/2026-cı illər mövsümündə 10 matça çıxıb və 1 qol ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər