Millimizin üzvü "Qarabağ"ı ziyarət etdi - FOTO

Millimizin üzvü "Qarabağ"ı ziyarət etdi - FOTO

Azərbaycan milli komandasının üzvü Eduardo Borges "Qarabağ"ın düşərgəsini ziyarət edib.

Fanat.Az-ın Belçikaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu ölkədə çıxış edən braziliyalı futzalçı Ağdam klubunun üzvlərinə dəstək nümayiş etdirib.

Belçika "Anderlext"ində top qovan milliləşdirilmiş oyunçu həmyerlisi Riçard Almeyda, həmçinin kolumbiyalı Kevin Medina ilə görüşüb. 

Millimizin üzvü "Qarabağ"ı ziyarət etdi - FOTO 2021-ci ilin yayından Belçika klublarında ("Halle-Qoyik", "Anderlext") çıxış edən Eduardo bu axşam baş tutacaq "Gent" - "Qarabağ" matçında təmsilçimizi dəstəkləyəcəyini bildirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər