Millimizin Ermənistanla matçının tarixi bəlli oldu

Millimizin Ermənistanla matçının tarixi bəlli oldu

Avropa çempionatının C divizionunda mübarizə aparacaq 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.

Komandamız bir gün sonra Cəbəllütariqlə, iyulun 27-də isə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.

C divizionu B qrupu

II tur, 25 iyul 14:30. Azərbaycan – Lüksemburq

III tur, 26 iyul 19:00. Cəbəllütariq – Azərbaycan

IV tur, 27 iyul 19:00. Azərbaycan – Ermənistan

V tur, 28 iyul 14:30. Moldova – Azərbaycan

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər