"Neftçi"nin və U-21 millimizin üzvü Elvin Bədəlovu heyətinə qatan Avstriyanın "Qarabağ" klubu daha bir azərbaycanlı futbolçu ilə güclənib. Fanat.Az xəbər verir ki, Vyana təmsilçisi Ukraynanın "Dnepr" klubundan Dmitri Nağıyevlə güclənib.
21 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Dnepr"in formasını geyinirdi. Dmitri Nağıyev 2015-ci ildən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə cəlb olunur.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan "Qarabağ" ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.
Fanat.Az