Millimizin DÇ-nin ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşdi

Millimizin DÇ-nin ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşdi

Basketbol üzrə kişilərdən ibarət millimizin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025 -ci ilin yayında baş tutacaq dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcək.

Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər