Millimizin biri finala, digəri 1/4 finala vəsiqə qazandı

Millimizin biri finala, digəri 1/4 finala vəsiqə qazandı

3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.

Fanat.Az xəbər verir ki, əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14-16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib.

Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.

Qadınlardən ibarət milli komandamız isə seçmə mərhələnin yarımfinal oyununda Malta komandası üzərində 11:10 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Finalda onların rəqibi, İrlandiya - Lüksemburq cütünün qalibi olacaq. Final oyunu Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər